Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Şəhidlər unudulmur!

0

  •           12 iyul 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki sərhəd ərazilərinə xaincəsinə basqınından və Ordumuzun düşmənə layiqli cavabından sonra Azərbaycanda əsl Ali Baş Komandan – Xalq, ön və arxa cəbhə birliyi, vəhdəti yaşanır. Siyasi baxışlarından, yaşından, statusundan, məşğuliyyət növündən, cinsindən asılı olmayaraq Azərbaycan vətəndaşları ağır pandemiyanın  törətdiyi çətinlikləri  və məhdudiyyətləri unudaraq, mənfur düşmənin növbəti dəfə vətənimizin torpaqlarına göz dikdiyi zaman hamı bir nəfər kimi Ali Baş Komandana, Silahlı Qüvvələrimizə dəstəklərini ifadə etmişlər.     Ölkə ərazisində fəaliyyət göstərən siyasi partiyalar da bu prosesdən geri qalmamışlar. Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq müxtəlif proqramı, platforması, fərqli məqsədi və məramı olan siyasi partiyalar iqtidar partiyası ilə olan fikir ayrılığını, məsələlərə müxtəlif yanaşma tərzini bir yana qoyaraq həmrəylik nümayiş etdirmiş və  Ali Baş Komandanın yanında olduqlarını bəyan etmişlər. 43 partiya sədri birgə bəyanat imzalayaraq bildirmişlər: Biz Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni təxribatının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir,onun ətrafında sıx birləşməyi bəyan edirik. Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimizi və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik!     Ordumuzun Tovuz istiqamətində düşmən hücumunun qarşısını alması, canlı qüvvələrini və texnikalarını məhv etməsi xalq tərəfindən coşqunluqla qarşılanmışdır. Xalq – Ordu həmrəyliyi çərçivəsində döyüşçülərimizə dəstək məqsədi ilə çoxsaylı insan Şəhidlər Xiyabanına yürüş etmişdir. Ancaq əfsuslar olsun ki, hər zamankı kimi onların arasına Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri girib, bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışmışlar. Buna baxmayaraq heç bir daxili və xarici siyasi güc Azərbaycan dövlətinin qətiyyətini, gücünü,  Ali Baş Komandan – Xalq həmrəyliyini şübhə altına ala bilməz. Azərbaycan xalqı hər şeyi görür, qiymət verir. Azərbaycan dövləti daima xalqı ilə birlikdədir. Buna sübut olaraq Ali Baş Komandan – Prezidentimizin sonuncu döyüşlərdə şəhid olan General-Mayor Polad Həşimovun və Polkovnik İlqar Mirzəyevin ailələrinə ev verməsi və eləcə də şəhid ailələrinin daima dövlət tərəfindən nəzarətdə olmalarını göstərmək olar.     Dövlətimizin Birinci vitse-prezidenti, eləcə də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə daima maddi və mənəvi dəstəklər olur. Bu da o deməkdir ki, Vətən uğrunda şəhid olanlar heç vaxt dövlətimiz tərəfindən unudulmur və heç zaman da unudulmayacaqlar. Şəhidlərin adı və yeri Allah dərgahında olduğu kimi, Xalq və onun rəhbərlərinin qəlbində də həmişə ucadır, əlçatmaz bir Zirvədədir! Biz hər zaman şəhidlərimizlə fəxr etmişik, onların yolu ilə getmək üçün can atmışıq. Şəhid, şəhid qanı adi torpağı Vətənə çevirən bir varlıqdır. Buna görə də deyirik ki, Şəhidlər ölməz! Uca Allah şəhidlərimizə rəhmət, Xalqımıza, Ordumuza Ali Baş Komandanımızın rəhbərliyi altında Zəfərlər, Qələbələr qismət eləsin!İslam Bayramov,Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib50 dəfə
    Şəhidlər unudulmur!

    Maraqlı gələ bilər
    23